Şəmkirdə 37 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
“Yeni Çağ”ın Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü T.Əliyevanı bıçaqlamaqda şübhəli bilinən şəxs – onun həyat yoldaşı E.Əliyev polis əməkdaşlarını apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.
Qeyd edək ki, bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.